01
iy
2025
11:00

yuxarı
Futbol matçlarında hissələrarası fasilənin müddəti uzadıla bilər

Futbol matçlarında hissələrarası fasilənin müddəti uzadıla bilər
Futbol matçlarında hissələrarası fasilənin müddəti uzadıla bilər.
"Sizinxeber.az" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Peşəkar Futbolçular Federasiyası (FIFPro) təklif irəli sürüb.
2026-cı ildə keçiriləcək dünya çempionatının oyunları zamanı ilk hissədən sonra fasilə müddətinin 15-dən 20 dəqiqəyə yüksəldilməsi təklif olunub.
Bundan əlavə, FIFPro havanın 28 dərəcədən yuxarı isti olacağı təqdirdə futbolçuların sağlamlığının qorunması məqsədilə matçların təxirə salınmasını tövsiyə edib.
Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçiriləcək.