İtaliya klubunun qapıçısı 4 illik diskvalifikasiya oluna bilər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
in
2025
15:30
0
0
1 161

İtaliya klubunun qapıçısı 4 illik diskvalifikasiya oluna bilər

28 in, 2025
15:30
1 161

İtaliya klubunun qapıçısı 4 illik diskvalifikasiya oluna bilər

İtaliyanın "Udineze" klubunun qapıçısı Maduka Okoye sarı vərəqə ilə cəzalandırıldığına görə 4 illik diskvalifikasiya oluna bilər.

"Sizinxeber.az" "Corriere dello Sport"a istinadən xəbər verir ki, 25 yaşlı nigeriyalı qolkiper mərc oyunlarda iştirak etməkdə şübhəli bilinir.

O, 2024-cü ildə "Latsio"ya qarşı matçın 64-cü dəqiqəsində topu oyuna gec daxil etdiyinə görə sarı vərəqə ilə cəzalandırılıb. Bu məsələ ilə bağlı bukmeker kontorlarında xeyli sayda mərclər qeydə alınıb və iştirakçılar 120 min avrodan çox pul ödəyiblər.

İş materialları İtaliya prokurorluğuna təhvil verilib. Qolkiperin mərc oyunlarında iştirakı sübuta yetiriləcəyi təqdirdə 4 ilə qədər diskvalifikasiya ilə üzləşəcəyi istisna edilmir.

Bizimlə əlaqə saxlayın