“Real”ın ingilis oyunçusunun əməliyyat səbəbindən buraxacağı oyunların sayı açıqlanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
in
2025
03:30

“Real”ın ingilis oyunçusunun əməliyyat səbəbindən buraxacağı oyunların sayı açıqlanıb

27 in, 2025
03:30
853

“Real”ın ingilis oyunçusunun əməliyyat səbəbindən buraxacağı oyunların sayı açıqlanıb

“Real Madrid”in hücumameyilli yarımmüdafiəçisi Cud Bellinhem azı doqquz oyun buraxmalı olacaq.

“Report” xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Bildirilib ki, ingilis oyunçu çiynindəki əməliyyatdan sonrakı bərpa səbəbindən doqquzdan 10 oyunadək buraxmalı olacaq. Məlumata görə, 21 yaşlı ingilis yaxın üç ayda bərpa prosesindən keçəcək və oktyabradək futboldan uzaq qalacaq. Onun oktyabrın 19-dək meydana qayıdacağı güman edilir.

Bundan başqa, futbolçu milli komandanın sentyabr və oktyabrdakı oyunlarından da kənar qalacaq.

Bizimlə əlaqə saxlayın