“Neftçi” paraqvaylı futbolçunu icarəyə götürüb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
in
2025
21:00

“Neftçi” paraqvaylı futbolçunu icarəyə götürüb

26 in, 2025
21:00
907

“Neftçi” paraqvaylı futbolçunu icarəyə götürüb

Paraqvaylı Luis Ortis icarə əsasında “Sportivo Ameliano”dan “Neftçi”yə keçib.

“Report” xəbər verir ki, bu barədə “flaqman”ın mətbuat xidməti məlumat yayıb.

“Neftçi” növbəti transferini rəsmiləşdirib. Paraqvaylı sol cinah yarımmüdafiəçisi Luis Ortis artıq “Neftçi” ailəsinin üzvüdür. 25 yaşlı futbolçu 1 il müddətinə icarəyə götürülüb”, – məlumatda diqqətə çatdırılıb.

Bildirilib ki, indiyədək yalnız Paraqvayda çıxış etmiş Ortisin məxsus olduğu klub “Sportivo Ameliano”dur.

Bizimlə əlaqə saxlayın