Mbappe PSJ-ni mənəvi təzyiqdə günahlandırıb, istintaq başladılıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
in
2025
16:30

Mbappe PSJ-ni mənəvi təzyiqdə günahlandırıb, istintaq başladılıb

26 in, 2025
16:30
771

Mbappe PSJ-ni mənəvi təzyiqdə günahlandırıb, istintaq başladılıb

Fransa millisinin futbolçusu Kilian Mbappe sabiq klubu PSJ-ni mənəvi təzyiqlərlə bağlı şikayət edib.

"Sizinxeber.az" AFP agentliyinə istinadən xəbər verir ki, Paris prokurorluğu bu işə görə araşdırmaya başlayıb.

26 yaşlı forvard 2026-cı ilin mayında ölkə çempionuna qarşı ittiham irəli sürüb. Hücumçu 2023-cü ildə ona qarşı mənəvi təzyiq olduğunu bildirib və təqiblərdən şikayətlənib. Mbappe daha sonra komandadan ayrılmaq istədiyi üçün məşqlərdən və matçlardan uzaqlaşdırılıb. Oyunçu yalnız danışıqlardan sonra heyətə qayıda bilib.

Bu gün artıq Paris təmsilçisinə qarşı istintaq başladılıb.

Qeyd edək ki, Kilian Mbappe 2024/2025 mövsümünün əvvəlində İspaniyanın "Real" klubuna keçib.

Bizimlə əlaqə saxlayın