Portuqaliya klubu uğursuz nəticələrə görə baş məşqçisi ilə yollarını ayıra bilər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
in
2025
13:30

Portuqaliya klubu uğursuz nəticələrə görə baş məşqçisi ilə yollarını ayıra bilər

26 in, 2025
13:30
870

Portuqaliya klubu uğursuz nəticələrə görə baş məşqçisi ilə yollarını ayıra bilər

Portuqaliya təmsilçisi "Portu" baş məşqçisi Martin Anselmi ilə yollarını ayıra bilər.

"Sizinxeber.az" yerli "Record" nəşrinə istinadən xəbər verir ki, azarkeşlər komandanın ABŞ-dəki klublararası dünya çempionatındakı çıxışından narazıdırlar.

Uğursuz nəticələr fanatların qəzəbinə səbəb olub. 50 tərəfdar ölkəyə qayıdan heyəti qarşılayıb və iradlarını bildirmək istəyib. Polis rezin güllələrdən istifadə etməyə məcbur qalıb.

Qeyd edək ki, qrup mərhələsində ABŞ-nin "İnter Mayami" kollektivinə 1:2 hesabı ilə uduzan "Portu" Braziliyanın "Palmeyras" (0:0) və Səudiyyə Ərəbistanının "Əl-Əhli" (4:4) komandaları ilə heç-heçə edib. Martin Anselmi yanvarda baş məşqçi postuna təyin olunub.

Bizimlə əlaqə saxlayın