"Mançester Siti"nin futbolçusu 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
in
2025
11:30

"Mançester Siti"nin futbolçusu 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq

26 in, 2025
11:30
898

"Mançester Siti"nin futbolçusu 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Klaudio Eçeverri 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola mətbuat konfransında bildirib.

Mütəxəssis 19 yaşlı yarımmüdafiəçinin topuğundan zədə aldığını söyləyib.

Qeyd edək ki, Klaudio Eçeverri klublararası dünya çempionatında qrup mərhələsinin II turunda "Əl-Əyn"ı (BƏƏ) altı cavabsız qolla üstələdikləri matçın 27-ci dəqiqəsində fərqlənib və ilk hissənin sonunda Fil Fodenlə əvəzlənib. "Şəhərlilər" bu gün III turda, Bakı vaxtı ilə saat 23:00-da İtaliya təmsilçisi "Yuventus"la üz-üzə gələcək. Altı xalı olan hər iki klub 1/8 finala vəsiqəni təmin edib.

Bizimlə əlaqə saxlayın