KİV: Messi "Əl-Hilal"a keçə bilər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
in
2025
10:00

KİV: Messi "Əl-Hilal"a keçə bilər

26 in, 2025
10:00
675

KİV: Messi "Əl-Hilal"a keçə bilər

Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

"Report" Səudiyyə Ərəbistanı mətbuatına istinadən xəbər verri ki, 38 yaşlı hücumçunun atası yaxın vaxtlarda "Əl-Hilal"ın prezidenti Bin Nafellə görüşəcək.

Onların görüşü ABŞ-də baş tutacaq. Klub rəhbəri hazırda bu ölkədədir və klublararası dünya çempionatında Messinin çıxışını izləyir.

Qeyd edək ki, ulduz oyunçunun "İnter Mayami" ilə hazırkı müqaviləsinin müddəti 2025-ci ilin sonunda başa çatacaq.

Bizimlə əlaqə saxlayın