Ronaldu "Əl-Nəsr" klubu ilə müqavilə müddətini uzadacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
in
2025
00:30
0
0
1 010

Ronaldu "Əl-Nəsr" klubu ilə müqavilə müddətini uzadacaq

26 in, 2025
00:30
1 010

Ronaldu "Əl-Nəsr" klubu ilə müqavilə müddətini uzadacaq

“Qızıl top”un beşqat sahibi, portuqaliyalı futbolçu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə tezliklə yeni müqavilə imzalayacaq.

"Report" xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

Paylaşımda deyilir ki, tərəflər yeni razılaşmanın yekun detallarını müzakirə edirlər. Onlar arasında "1+1" illik razılaşmanın əldə ediləcəyi gözlənilir.

Ronaldunun 40 yaşı var, o, 2023-cü ildən “Əl-Nəsr”də oynayır. Portuqaliyalı 5 dəfə Çempionlar Liqasının qalibi, Avropa çempionu, Millətlər Liqasının qalibi, Avropa çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Çempionatları tarixində ən çox qol vuran futbolçudur. Ronaldu rəsmi oyunlarda karyerasında 900 qol həddinə çatan ilk futbolçu olub.

Bizimlə əlaqə saxlayın