21
in
2025
12:00

yuxarı
Albaniya klubu ilə razılığa gələn azərbaycanlı futbolçunun sənədlərində problem yaranıb

Albaniya klubu ilə razılığa gələn azərbaycanlı futbolçunun sənədlərində problem yaranıb
Albaniyanın "Partizani" klubu ilə razılığa gələn azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin sənədlərində problem yaranıb.
Bu barədə "Report"a 29 yaşlı hücumçunun özü məlumat verib.
O, hazırda yeni komandasının pasport və digər məsələlərlə məşğul olduğunu bildirib. Problem həllini tapdıqdan sonra millinin sabiq üzvü "Partizani" ilə 1 illik müqavilə bağlayacaq.
Qeyd edək ki, V.İsgəndərli ötən mövsüm Türkiyənin "Boluspor" komandasının heyətində çıxış edib. O, daha əvvəl Albaniyada "Eqnatiya"nın şərəfini qoruyub.