20
in
2025
11:30

yuxarı
"Mançester Siti" Premyer Liqanın reqlamentini pozduğuna görə cərimələnib

"Mançester Siti" Premyer Liqanın reqlamentini pozduğuna görə cərimələnib
İngiltərənin "Mançester Siti" klubu Premyer Liqa matçlarının vaxtında başlaması və davam etdirilməsi öhdəliyi ilə bağlı reqlamenti pozduğuna görə cərimələnib.
"Sizinxeber.az" xarici KİV-ə istinadən xəbər verir ki, qayda pozuntuları 2024/2025 mövsümündə 9 oyunda baş verib.
Bunlar "Sauthempton", "Tottenhem", "Nottingem Forest", "Mançester Yunayted", "Vest Hem", "Nyukasl"la ev, "Kristal Pelas", "Aston Villa" və "İpsviç"lə səfər görüşləridir. Maksimum gecikmə 2 dəqiqə 22 saniyə olub.
Cərimə 1,08 milyon funt-sterlinq təşkil edib.