Viktor Dyekereş "Mançester Yunayted"in təklifi ilə razılaşmayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
in
2025
14:00

Viktor Dyekereş "Mançester Yunayted"in təklifi ilə razılaşmayıb

14 in, 2025
14:00
717

Viktor Dyekereş "Mançester Yunayted"in təklifi ilə razılaşmayıb

İsveç millisinin hücumçusu Viktor Dyekereş İngiltərənin "Mançester Yunayted" klubunun təklifi ilə razılaşmayıb.

"Report" "Record" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçunun agentləri artıq onun qərarı ilə bağlı “qırmızı şeytanlar”ın nümayəndələrini xəbərdar ediblər.

Daha əvvəl Premyer Liqa təmsilçisinin "Sportinq"in (Portuqaliya) hücumçusu üçün 71,4 milyon avro ödəməyə hazır olduğu bildirilirdi.

Onunla Avropanın bir sıra aparıcı klubları da maraqlanır.

Qeyd edək ki, Viktor Dyekereş başa çatan mövsümdə Portuqaliya çempionatını 39 qolla başa vurub. O, ardıcıl ikinci dəfə yarışın bombardiri olub.

Bizimlə əlaqə saxlayın