"Barselona" 16 yaşlı futbolçunu transfer etməyə yaxındır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
in
2025
12:00

"Barselona" 16 yaşlı futbolçunu transfer etməyə yaxındır

14 in, 2025
12:00
798

"Barselona" 16 yaşlı futbolçunu transfer etməyə yaxındır

İspaniyanın "Barselona" klubu Xorvatiya təmsilçisi "Dinamo"nun (Zaqreb) 16 yaşlı sol cinah oyunçusu Kardoso Varelanı transfer etməyə yaxındır.

"Report" xəbər verir ki. bu barədə "Marca" nəşri məlumat yayıb.

Kataloniyalılar sözügedən keçid üçün 5 milyon avro ödəyəcək. Lakin bonuslar və əlavə şərtlər nəzərə alınmaqla ümumi transfer məbləği 20 milyon avroya çata bilər.

Şərtə əsasən futbolçu "Barselona"ya keçdikdən sonra icarə əsasında "Dinamo"da çıxış etməyə davam edəcək və 2026-cı ilin yayında La Liqa kollektivinin heyətinə qoşulacaq.

Bizimlə əlaqə saxlayın