Главная > Fərdi > Azərbaycanın dörd cüdoçusu kata üzrə Avropa çempionatında iştirak edəcək
Azərbaycanın dörd cüdoçusu kata üzrə Avropa çempionatında iştirak edəcək29-05-2025, 17:30. Разместил: Rss Bot Report |
|
31 may - 1 iyun aralığında Latviyanın paytaxtı Riqada keçiriləcək kata üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb. Bu barədə "Report"a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Qitə birinciliyində ölkəmiz 4 idmançı ilə təmsil olunacaq. Onlar “Nage-no-kata” və “Katame-no-kata” üzrə mübarizə aparacaqlar. Nage-no-Kata İsmayıl Rzayev - tori (hücum edən idmançı) Samir İsmayılov - uke (hücum edilən idmançı) Katame-no-kata Rafiq Nəcəfov - tori Seymur Məcidli - uke Qeyd edək ki, turnirdə 22 ölkədən 332 cüdoçu qüvvəsini sınayacaq. Вернуться назад |