Главная > Fərdi > Azərbaycanın savat millisi Bolqarıstanda 4 medal qazanıb
Azərbaycanın savat millisi Bolqarıstanda 4 medal qazanıb29-04-2025, 18:30. Разместил: Rss Bot Report |
|
Azərbaycanın savat millisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən ənənəvi "World Open" beynəlxalq turnirində 4 medal qazanıb. Savat Federasiyasından "Report"a verilən məlumata görə, komanda yarışda baş məşqçi Taleh Nağızadənin rəhbərliyi altında iştirak edib. Kadetlər arasında Ağamirzə Mahmudbəyli (30 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Üzeyir Məsimov (36) isə bürünc medalla kifayətlənib. Kişilərin yarışda isə Beyrək Bağırov (80 kq) və Sənan Babazadə (+85 kq) gümüş medala yiyələniblər. Вернуться назад |