Главная > Fərdi > Azərbaycan boksçusu dopinqə görə 48 aylıq diskvalifikasiya olunub

Azərbaycan boksçusu dopinqə görə 48 aylıq diskvalifikasiya olunub


17-04-2025, 10:30. Разместил: Rss Bot Report

Azərbaycan boksçusu Fərid Sadıqov dopinqə görə 48 aylıq diskvalifikasiya olunub.

Bu barədə "Sizinxeber.az"a Azərbaycan Milli Antidopinq Agentliyindən məlumat verilib.

İdmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. İdmançı qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdinə görə də cəzalandırlıb.

F.Sadıqovun cəzasının qüvvəyə minmə tarixi 2024-cü il yanvarın 1-i göstərilib. Sanksiyanın müddəti 2028-ci il yanvarın 1-nə qədərdir.


Вернуться назад