Главная > Fərdi > 14 yaşadək yeniyetmələr arasında liqa yarışında 500-dən çox cüdoçu mübarizə aparacaq
14 yaşadək yeniyetmələr arasında liqa yarışında 500-dən çox cüdoçu mübarizə aparacaq16-04-2025, 15:30. Разместил: Rss Bot Report |
|
Azərbaycanda keçiriləcək 14 yaşadək yeniyetmələr arasında liqa yarışında 549 cüdoçu (453 oğlan, 96 qız) mübarizə aparacaq. Bu barədə "Sizinxeber.az"a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq yarışda 100 klub və idman cəmiyyətinin təmsilçiləri çıxış edəcəklər. I tur aprelin 19-20-də gerçəkləşəcək. Qeyd edək ki, cari ildə U-14 Liqa yarışının dörd turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq siyahısı formalaşacaq. Вернуться назад |