Главная > Fərdi > Türkiyəli fiqurlu konkisürən həbs edilib

Türkiyəli fiqurlu konkisürən həbs edilib


16-04-2025, 12:30. Разместил: Rss Bot Report

Türkiyəli fiqurlu konkisürən Ali Efe Güneş həbs edilib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Fiqurlu Konkisürmə Federasiyası məlumat yayıb.

İdmançı azyaşlı qızlara mesaj göndərməkdə, seksual qısnama və təhdidlərdə ittiham olunur. Onun 2024-cü ilin dekabrından etibarən federasiyanın bütün tədbirlərində, təlim-məşq toplanışlarında və yarışlarda iştirakına qadağa qoyulmuşdu.

Qeyd edək ki, 20 yaşlı fiqurlu konkisürən 2023-cü ildə Boğaziçi Kubokunun qalibi, həmçinin yeniyetmələr arasında Denis Ten Memorialının bürünc mükafatçısı olub.


Вернуться назад