Главная > Fərdi > Azərbaycanlı ağırlıqqaldıran Avropa çempionatında 3 medal qazanıb
Azərbaycanlı ağırlıqqaldıran Avropa çempionatında 3 medal qazanıb15-04-2025, 19:30. Разместил: Rss Bot Report |
|
Azərbaycanlı ağırlıqqaldıra İsa Rüstəmov Moldovanın paytaxtı Kişinyovda keçirilən Avropa çempionatında 3 medal qazanıb. "Report" xəbər verir ki, atlet birdən qaldırma hərəkətində 138 kq nəticə göstərərək bürünc medala sahib olub. Ardınca o, təkanla qaldırma hərəkətində 170 kq-ın öhdəsindən gələrək qızıl medala yiyələnib. Toplamda 308 kq nəticəyə imza atan idmançı yekun sıralamada ikinci olub və iki hərəkətin cəmində Avropa çempionatının gümüş mükafatını qazanıb. Вернуться назад |