Главная > Fərdi > Alman üzgüçü 400 metr məsafə üzrə sərbəst üsulda dünya rekordu vurub
Alman üzgüçü 400 metr məsafə üzrə sərbəst üsulda dünya rekordu vurub13-04-2025, 04:00. Разместил: Rss Bot Report |
|
Almaniyadan olan Lukas Mertens İsveçin paytaxtı Stokholmda keçirilən turnirdə 400 metr məsafəyə sərbəst üsulla üzməkdə yeni dünya rekordu vurub. "Report" xəbər verir ki, L.Mertens bu məsafəni 3 dəqiqə 39,96 saniyəyə qət edərək 2009-cu il dünya çempionatında həmyerlisi Pol Bidermanın nailiyyətini (3 dəq. 40,07 saniyə) üstələyib. Qeyd edək ki, 23 yaşlı Mertens 400 metr məsafəyə sərbəst üsulla üzmə üzrə Olimpiya çempionu və 2022-ci il Avropa çempionatının qalibidir. Onun dünya çempionatından bir gümüş və iki bürünc medalı var. Вернуться назад |