Главная > Fərdi > Azərbaycanın beş boksçusu Bakıdakı beynəlxalq turnirdə 1/4 finala yüksəlib
Azərbaycanın beş boksçusu Bakıdakı beynəlxalq turnirdə 1/4 finala yüksəlib12-04-2025, 09:30. Разместил: Rss Bot Report |
|
Azərbaycanın beş kişi boksçusu Bakıda keçirilən Böyük İpək Yolu beynəlxalq turnirində 1/4 final mərhələsinə yüksəlib. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən "Sizinxeber.az"a verillən məlumata görə, Boks Mərkəzində təşkil edilən yarışın ilk günündə 1/8 finalın 24 döyüşü baş tutub. Bu gün qadın boksçular da mübarizəyə qoşulacaq. Qarşılaşmalar saat 14:00-da başlayacaq. Qeyd edək ki, 9 ölkənin millisinin qatıldığı turnirin qaliblərinin adı aprelin 15-də müəyyənləşəcək. 1/8 final 51 kq Davit Çaparidze (Gürcüstan) – Abdullah Sattorov (Özbəkistan) – 5:0 Bair Batlayev (Rusiya) – Yadigar Əliyev (Azərbaycan) – 5:0 Mehron Şafiyev (Tacikistan) – Bekzat Ergeşov (Qırğızıstan) – 5:0 60 kq Şamil Əsgərov (Azərbaycan) – Giorgi Kapanadze (Gürcüstan) – 3:2 Məhəmmədəli Qasımzadə (Azərbaycan) – Jansepi Koşerbayev (Qazaxıstan) – 4:1 Camşidxuja Saparxudjayev (Özbəkistan) – Tayfur Əliyev (Azərbaycan) – 3:2 Akmal Ubaidov (Tacikistan) – Tağı Nəsibov (Azərbaycan) – 2:3 Tomislav Dinoviç (Monteneqro) – Çingiz Mussinov (Qazaxıstan) – 3:2 Samandar Olimov (Özbəkistan) – Elbrus Adıgözəlov – (Azərbaycan) – 3:2 Vsevolod Şumkov (Rusiya) – Turgunbek İmankadirov (Qırğızıstan) 5:0 63,5 kq Sayat İlyasov (Özbəkistan) – Laşa Quruli (Gürcüstan) – ikinci döyüşə gəlməyib Laşa Qaqnidze (Gürcüstan) – Ruslan Rüstəmov (Azərbaycan) – 0:5 Dilşod Abdumurodov (Özbəkistan) – Bekzat Makjan (Qazaxıstan) – 4:1 Cəlal Qurbanov (Azərbaycan) – Sandan Sandanov (Rusiya) – ikinci tam üstünlüklə qalib gəlib Livaza Omar Panşeroviç (Qırğızıstan) – Malik Həsənov (Azərbaycan) – 2:3 67 kq Şahboz Yunusaliyev (Özbəkistan) – Şükrat Salomatov (Tacikistan) – ikinci qalib gəlib İlqar Salahov (Azərbaycan) – Yevgeni Kul (Rusiya) – 0:5 71 kq Bekzod Xamidov (Özbəkistan) – Giorgi Jorjoliani (Gürcüstan) – 5:0 Murodjon Aşuraliyev (Tacikistan) – Sirdak Uulu Abdijapar (Qırğızıstan) – 5:0 Şavkat Boltayev (Özbəkistan) – Şəmsi Şahbazov (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib Yelnur Sulunbay (Qazaxıstan) – İqor Sviridçenkov (Rusiya) – 2:3 75 kq Sanjar-Ali Beqaliyev (Qazaxıstan) – Fərhad Şeydayev (Azərbaycan) – 5:0 Rasim Çobanlı (Azərbaycan) – Maksat Otegenov (Qazaxıstan) – 2:3 Azizbek Burbayev (Özbəkistan) – Amin Kuşkov (Rusiya) – 0:5 Вернуться назад |