Главная > Fərdi > UFC ilk dəfə Azərbaycanda keçiriləcək
UFC ilk dəfə Azərbaycanda keçiriləcək12-04-2025, 00:30. Разместил: Rss Bot Report |
|
İyunun 21-də Bakı Kristal Zalında “UFC Fight Night” baş tutacaq. “Sizinxeber.az” xəbər verir ki, Azərbaycan ilk dəfə dünyaca məşhur UFC (Ultimate Fighting Championship) turnirinə ev sahibliyi edəcək. Tədbir UFC, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə əməkdaşlığı ilə təşkil olunacaq. Turnirin əsas qarşılaşmasında keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill və Xəlil Raundtri Jr. üz-üzə gələcəklər. UFC Fight Night™: Hill vs. Roundtree Jr. tədbiri üçün biletlər 25 aprel, saat 10:00-da “iTicket” platformasında satışa çıxarılacaq. “UFC Fight Club” üzvləri üçün erkən satış 23 aprel, öncədən qeydiyyatdan keçən şəxslər üçün isə 24 apreldə başlayacaq. Məlumata görə, UFC prezidenti və baş icraçı direktoru Dana Vayt və Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov əməkdaşlıq haqqında razılaşma imzalayıblar. İmzalanma mərasimi UFC 314: Volkanovski – Lopes döyüşündən öncə, Mayami şəhərində keçirilib. Dana Vayt bildirib: Gənclər və idman naziri Fərid Qayıbov isə qeyd edib: Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev əlavə edib: Camal Hill (12 qələbə, 3 məğlubiyyət, 1 döyüş nəticəsiz; ABŞ) UFC-də 2025-ci ildə ikinci döyüşünə çıxacaq. O, “Dana White’s Contender Series” vasitəsilə UFC çempionluğuna gedən ilk idmançıdır. Hill, bu döyüşdə Xəlil Raundtri Jr.-ni məğlub edərək reytinqdə irəliləməyi hədəfləyir. Xəlil Raundtri Jr. (14 qələbə, 6 məğlubiyyət, 1 nəticəsiz; ABŞ) isə sonuncu dəfə UFC 307-də Aleks Pereyra ilə qarşılaşıb. Bu döyüş “Gecənin Döyüşü” seçilmişdi. Raundtri Jr. 13 qələbəsindən 9-nu nokautla qazanıb. Gecədə həmçinin digər maraqlı döyüşlər də yer alacaq. Onlardan biri də Kyoji Xoriquçinin UFC-yə qayıdışıdır. O, UFC tarixində ilk yaponiyalı çempion olmaq uğrunda mübarizə aparacaq. Onun rəqibi ən yüngül çəki reytinqində 10-cu yerdə olan Təğir Ulanbekov olacaq. Ulanbekov döyüşə Həbib Nurməhəmmədovun rəhbərliyi altında hazırlaşır. Ağır çəki döyüşündə reytinqin 5-ci pilləsindəki Kördis Bleyds UFC debütü edən Rizvan Kunievlə qarşılaşacaq. Kuniev UFC-də adını təsdiqləməyi planlaşdırır. Digər döyüşlər aşağıdakılardır:
Вернуться назад |