Главная > Fərdi > FIDE-nin dördüncü prezidenti vəfat edib

FIDE-nin dördüncü prezidenti vəfat edib


7-04-2025, 16:30. Разместил: Rss Bot Report

FIDE-nin dördüncü prezidenti olmuş islandiyalı Fridrik Olafsson vəfat edib.

“Sizinxeber.az” qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, sabiq şahmatçı 90 yaşında ölüb.

Qrossmeyster 1978-ci ildən 1982-ci ilə qədər dünyanın ali şahmat qurumuna rəhbərlik edib.

Qeyd edək ki, F.Olafsson İslandiyanın ilk beynəlxalq qrossmeysteridir. O, altıqat İslandiya çempionu (1952, 1953, 1957, 1961, 1962, 1969), həmçinin Skandinaviya ölkələri arasında yarışın qalibi olub.


Вернуться назад