Главная > Fərdi > Azərbaycanı Avropa çempionatında təmsil edəcək daha bir cüdoçunun adına aydınlıq gəlib

Azərbaycanı Avropa çempionatında təmsil edəcək daha bir cüdoçunun adına aydınlıq gəlib


7-04-2025, 12:30. Разместил: Rss Bot Report

Azərbaycanı Monteneqronun paytaxtı Podqoritsada böyüklər arasında keçiriləcək Avropa çempionatında təmsil edəcək daha bir cüdoçunun adına aydınlıq gəlib.

"Report" Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 90 kq çəki dərəcəsində Murad Fətiyev mübarizə aparacaq.

O, ötən gün Xorvatiyanın Dubrovnik şəhərində başa çatan Avropa Kubokunda qızıl medal əldə edib.

Qeyd edək ki, aprelin 23-dən 27-nə qədər təşkil olunacaq Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində 16 cüdoçu (9 kişi, 7 qadın) təmsil edəcək.


Вернуться назад