Главная > Fərdi > Azərbaycan sərbəst güləşçiləri Gimnaziadanı 10 medalla başa vurublar
Azərbaycan sərbəst güləşçiləri Gimnaziadanı 10 medalla başa vurublar6-04-2025, 22:30. Разместил: Rss Bot Report |
|
Azərbaycan sərbəst güləşçiləri Serbiyanın Zlatibor şəhərində keçirilən Gimnaziadanı 10 medalla başa vurublar. "Report" xəbər verir ki, yarışa məşqçilər Namiq Quliyev və Elşad Allahverdiyevin rəhbərliyi altında yollanan komandanın bütün üzvləri fəxri kürsüyə qalxıb. Təmsilçilərimiz Serbiyada 2 qızıl, 3 gümüş və 5 bürünc medal qazanıblar. Elman İsmayılovla (38 kq) İbrahim Həsənov (44 kq) bütün rəqiblərinə qalib gəliblər. Hüseyn Rzazadə (41 kq), Fərid Hüseynli (52 kq) və Məhəmməd Həsənli (62 kq) yalnız finalda məğlub olublar. Sabah yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Вернуться назад |