Главная > Fərdi > Azərbaycanı Avropa Kubokunda təmsil edəcək cüdoçular müəyyənləşib
Azərbaycanı Avropa Kubokunda təmsil edəcək cüdoçular müəyyənləşib3-04-2025, 10:00. Разместил: Rss Bot Report |
|
Azərbaycanı Çexiyanın Teplitse şəhərində yeniyetmələr arasında keçiriləcək Avropa Kubokunda təmsil edəcək cüdoçular müəyyənləşib. "Report" Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda 16 çəki dərəcəsində 33 (17 oğlan, 16 qız) cüdoçu mübarizə aparacaq. Yeniyetmə oğlanlardan ibarət komandaya baş məşqçi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, qızlardan ibarət yığmaya isə baş məşqçi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək. Oğlanlar 50 kq İbrahim Talıbov Anar Quliyev 55 kq Məhəmmədəli Hüsiyev Rəsul Əlizadə 60 kq Zeyd Ələsgərov Röyal Qayıbov 66 kq Əli Hümbətov Özqan Quliyev 73 kq Məhəmməd Ağakişiyev Ayxan Həsənli Səid Şərifov 81 kq Amin Mehdiyev Abdullah Rəhmətov 90 kq Səid Hüseynov Nurəddin Əliyev +90 kq Sübhan Axundov Tunar Fərzəliyev Qızlar 40 kq Mədinə Hüseynova 44 kq Gülşən Hüseynova Xədicə Abdullayeva Fatimə Abdullayeva 48 kq Leyla Ələkbərova Nərmin Ağamirzadə Könül Eyvazlı Nərgiz Əhmədova 52 kq Tövsiyyə Babayeva 57 kq Aliyə Rüstəmova Nəzakət Vəliyeva Gülnaz Məmmədtağıyeva 63 kq Ayan Əliyeva 70 kq Məsumə Məmmədli Rəna Əhmədova +70 kq Zemfira Əliyeva Qeyd edək ki, aprelin 5-6-da təşkil olunacaq turnirdə 38 ölkədən 857 idmançı mübarizə aparacaq. Вернуться назад |