Главная > Fərdi > Üçqat Olimpiya çempionu olan basketbolçunun adı Şöhrət Zalına daxil ediləcək

Üçqat Olimpiya çempionu olan basketbolçunun adı Şöhrət Zalına daxil ediləcək


2-04-2025, 22:00. Разместил: Rss Bot Report

Üçqat Olimpiya çempionu amerikalı Karmelo Entoni 2025-ci ildə Basketbol Şöhrət Zalına daxil ediləcək.

"Report" xəbər verir ki, bu barədə ESPN telekanalının jurnalisti Şems Çaraniya "X" sosial şəbəkə hesabında yazıb.

40 yaşlı Entoni Milli Basketbol Assosiasiyasında (NBA) karyerası ərzində "Denver", "Nyu-York", "Oklahomu", "Hyuston", "Portlend" və "Los Anceles Leykers" komandalarında çıxış edib.

O, 10 dəfə NBA All-Star oyununda iştirak edib. ABŞ millisi ilə 2008, 2012 və 2016 Olimpiadalarında qızıl, 2004 Olimpiadasında isə bürünc medal qazanıb.


Вернуться назад