Главная > Fərdi > Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi qızıl medal qazanıb
Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi qızıl medal qazanıb11-03-2025, 23:30. Разместил: Rss Bot Report |
|
Azərbaycanın qadın güləşçisi Günay Qurbanova (59 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb. "Sizinxeber.az"un məlumatına görə, o, finalda italiyalı Aurora Russoyla qarşılaşıb. U-20 Avropa və dünya çempionu ünvanına sahib olan rəqib güləşçiylə görüşə daha inamlı başlayan G.Qurbanova ilk hissədə qazandığı 4 xalla qələbəni təmin edib. İkinci hissədə 4:0 hesabı dəyişməyib və 17 yaşlı idmançı debüt etdiyi U-23 Avropa çempionatının qalibi olub. Əsmər Cankurtaran (50 kq) isə türkiyəli Songül Kavakla görüşü yüksək səviyyədə keçirib. Rəqibinə 9:3 hesabıyla qalib gələn həmyerlimiz bürünc medala sahib çıxıb. Вернуться назад |