Главная > Fərdi > Dünya çempionatı: Azərbaycanın daha bir qadın boksçusu qələbə qazanıb
Dünya çempionatı: Azərbaycanın daha bir qadın boksçusu qələbə qazanıb11-03-2025, 10:00. Разместил: Rss Bot Report |
|
Azərbaycanın daha bir qadın boksçusu Serbiyanın Niş şəhərində keçirilən dünya çempionatına qələbə ilə başlayıb. "Report"un məlumatına görə, Aynur Mikayılova (57 kq) 1/16 finalda Xurşid Mohammadini (Əfqanıstan) mübarizədən kənarlaşdırıb. Boksçumuz döyüşün taleyini ilk raundda həll edib. O, rəqibinə tam üstünlüklə qalib gəlib. Mikayılova 1/8 finalda ilk mərhələdən azad olan Esra Yıldız Kahramanla (Türkiyə) üz-üzə gələcək. Görüş martın 12-də baş tutacaq. Qeyd edək ki, mundialın üçüncü günündə Azərbaycan millisinin 2 boksçusu rinqə çıxacaq. Daha əvvəl Zeynəb Rəhimova (54 kq) 1/8 finala yüksəlib. Вернуться назад |