Главная > Fərdi > Azərbaycanın qadın güləşçisi Avropa çempionatında finala yüksəlib
Azərbaycanın qadın güləşçisi Avropa çempionatında finala yüksəlib10-03-2025, 22:00. Разместил: Rss Bot Report |
|
Azərbaycan qadın güləşçisi Günay Qurbanova Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında finala yüksəlib. "Sizinxeber.az" xəbər verir ki, 59 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz əvvəlcə belaruslu Marta Hetmanavaya (7:2) üzərində inamlı qələbə qazanıb. 17 yaşlı güləşçi yarımfinalda ukraynalı Yuliya Paxniuka tam üstünlüklə (11:1) qalib gəlib. Qurbanova sabah finalda (U20) Avropa və dünya çempionu olmuş italiyalı Aurora Russoyla qarşılaşacaq. Digər güləşçilərimizdən Əsmər Cankurtaran (50 kq) isveçrəli Svenja Junqoya 3:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında belaruslu Anastasiya Yanotavaya “tuş”la məğlub olub. Əsmər sabah bürünc medal uğrunda türkiyəli Songül Kavakla güləşəcək. Nərgiz Səmədova (55 kq) 1/4 finalda almaniyalı Amori Andrixə “tuş”la uduzub. Вернуться назад |