Главная > Fərdi > Meksikanın Azərbaycandakı səfiri: Atletlərimiz növbəti ultramarafonda da iştirak edəcəklər
Meksikanın Azərbaycandakı səfiri: Atletlərimiz növbəti ultramarafonda da iştirak edəcəklər4-03-2024, 15:56. Разместил: Rss Bot Report |
|
Atletlərimiz növbəti yarışda da mütləq iştirak edəcəklər. “Sizinxeber.az”un məlumatına görə, bunu Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero Xankəndi – Bakı ultramarafonu barədə jurnalistlərə açıqlamasında deyib. Səfir təşkilatçılıqdan və qonaqpərvərlikdən razılıq bildirib: “Dəvətə görə təşkilatçılara təşəkkürümü bildirirəm. Bir neçə həftə əvvəl dəvət aldıq. Meksika yarışda 4 idmançı ilə təmsil olundu. Onlar burada özlərini evdəki kimi hiss edirlər. Qonaqpərvərliyə görə Azərbaycana təşəkkür edirik. İdmançılarımız təşkilatçılıqdan çox razıdırlar”. Qeyd edək ki, fevralın 29-da startı verilən Xankəndi – Bakı ultramarafonunda idmançılar ümumilikdə 380 km məsafə qət ediblər. Yarışın qalibi Artyom Əliyev olub. Вернуться назад |