Главная > Fərdi > Altıqat olimpiya çempionu karyerasını bitirib
Altıqat olimpiya çempionu karyerasını bitirib25-11-2024, 13:00. Разместил: Rss Bot Report |
|
Altıqat olimpiya çempionu, avstraliyalı üzgüçü Emma Makkeon peşəkar karyerasını başa vurub. "Sizinxeber.az" xəbər verir ki, o, bu barədə sosial şəbəkədəki səhifəsində məlumat paylaşıb. Qeyd edək ki, E.Makkeon karyerası ərzində olimpiadada 6 qızıl, 3 gümüş və 5 bürünc medalı əldə edib. 30 yaşlı idmançı həmçinin dünya çempionatlarında 5 qızıl medal qazanıb. Ümumilikdə 14 olimpiya medalı qazanan üzgüçü bu baxımdan Avstraliya idmançıları arasında rekorda sahibdir. Вернуться назад |