Главная > Fərdi > Azərbaycan gimnastları Almaniyada birinci və ikinci yeri tutublar

Azərbaycan gimnastları Almaniyada birinci və ikinci yeri tutublar


28-10-2024, 13:00. Разместил: Rss Bot Report

Azərbaycan millisinin üzvləri Əli Niftəliyev, Ammar Baxşalıyev, Hüseyn Abbasov və Nicat Mirzəyev Almaniyanın Kotbus şəhərində keçirilən “GymCity Open” beynəlxalq yarışında batut gimnastikası üzrə birinci və ikinci yeri tutublar.

"Report" xəbər verir ki, bu barədə Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Sinxron proqramda yeniyetmə gimnastlar Əli Niftəliyev və Ammar Baxşalıyev qızıl, böyüklərin yarışında isə Hüseyn Abbasov və Nicat Mirzəyev gümüş medal əldə edib.


Вернуться назад