Главная > Fərdi > Bakıda boks üzrə Çempionlar Gecəsi təşkil olunacaq
Bakıda boks üzrə Çempionlar Gecəsi təşkil olunacaq18-09-2024, 10:30. Разместил: Rss Bot Report |
|
Sentyabrın 28-də Bakıda boks üzrə İBA (Beynəlxalq Boks Assosiasiyası) Çempionlar Gecəsi təşkil olunacaq. Azərbaycan Boks Federasiyasının (ABF) mətbuat xidmətindən "Sizinxeber.az"a verilən məlumata görə, ABF-nin 100 illiyi çərçivəsində Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda dünyanın ən güclü boksçularının iştirakı ilə 8 döyüş baş tutacaq. Bu görüşlərin 4-də Azərbaycan idmançıları da təmsil olunacaq. 51 kq-da Avropa çempionu Nicat Hüseynov Con Zulueta (Filippin) ilə üz-üzə gələcək. Dünya çempionatının mükafatçıları Sərxan Əliyevlə (71 kq) Məhəmməd Abdullayev (+92 kq) müvafiq olaraq Monx-Erdene Urançimeq (Monqolustan) və Kristian Salsedo (Kolumbiya) ilə qarşılaşacaq. İBA Çempionlar Gecəsində üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov (+92 kq) da rinqə çıxacaq. Millinin sabiq üzvünün rəqibi qazaxıstanlı Nursultan Amanjolov olacaq. Qeyd edək ki, İBA Çempionlar Gecəsi saat 18:00-da start götürəcək. Вернуться назад |