Главная > Fərdi > Alfonso Dominqes: Hər zaman çalışıram ki, Azərbaycanın bayrağını yüksəkliklərə qaldırım
Alfonso Dominqes: Hər zaman çalışıram ki, Azərbaycanın bayrağını yüksəkliklərə qaldırım13-08-2024, 07:00. Разместил: Rss Bot Report |
|
“Azərbaycan adına vuruşanda emosional hisslər keçirirəm. Hər zaman çalışıram ki, Azərbaycanın bayrağını yüksəkliklərə qaldırım”. “Sizinxeber.az” xəbər verir ki, bu sözləri Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan boksçusu Alfonso Dominqes deyib. “Azərbaycan mənə “Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak etməyim üçün şərait yaradıb. Odur ki, hər zaman bayrağımızı yüksəklərdə dalğalandıracam. Azərbaycan xalqının mənə göstərdiyi etimadın əvəzini medalla çıxıram”, - deyə o qeyd edib. Вернуться назад |