Главная > Fərdi > Azərbaycanın karate millisi III MDB oyunlarına Türkiyədə hazırlaşacaq
Azərbaycanın karate millisi III MDB oyunlarına Türkiyədə hazırlaşacaq21-08-2025, 15:30. Разместил: Rss Bot Report |
|
III MDB oyunlarına hazırlıq məqsədilə idman karatesi (WKF) üzrə Azərbaycan milli komandası Türkiyəyə yola düşüb. Bu barədə "Report"a Azərbaycan Karate Federasiyasından məlumat verilib. Yığmamız avqustun 21-dən 24-dək İstanbul şəhərində təşkil olunacaq “Uluslararası Marmara Cup Turnuvası” beynəlxalq yarışında gücünü sınayacaq. Ardınca isə avqustun 25-dən 31-dək “Gənclik Kampı” təlim-məşq toplanışlarında iştirak edəcək. Milli komanda baş məşqçi Şahin Atamovun rəhbərliyi altında turnir və hazırlıq prosesinə qatılacaq. Вернуться назад |