Главная > Fərdi > Azərbaycanın qadın güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Azərbaycanın qadın güləşçisi dünya çempionatında bürünc medal qazanıb


20-08-2025, 21:00. Разместил: Rss Bot Report

Azərbaycanın qadın güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb.

"Sizinxeber.az" xəbər verir ki, Günay Qurbanova (59 kq) üçüncü yer uğrunda görüşdə kanadalı Ella Findinqə 4:1 hesabıyla qalib gələrək fəxri kürsüyə yüksəlib.

Qeyd edək ki, qadın güləşçilərimizdən Ruzanna Məmmədova (62 kq) mundialın finalına adlayıb. O, sabah həlledici görüşdə çinli Yanqjen Yanqjenlə üz-üzə gələcək.


Вернуться назад