Главная > Fərdi > Azərbaycanın qadın güləşçisi dünya çempionatında bürünc medal qazana bilər
Azərbaycanın qadın güləşçisi dünya çempionatında bürünc medal qazana bilər19-08-2025, 22:00. Разместил: Rss Bot Report |
|
Azərbaycanın qadın güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazana bilər. "Sizinxeber.az" xəbər verir ki, Günay Qurbanova (59 kq) debütdə misirli Rahma Bedivi üzərində inamlı qələbə qazanıb – 6:0. Güləşçimiz daha sonra litvalı Anna Tielieginaya tam üstünlüklə (12:2) qalib gələrək yarımfinala yüksəlib. İsveçli Karin Samuelssonla qarşılaşma gərgin mübarizə şəraitində keçib. Son saniyələrdə qayda pozuntusuna görə üstünlüyü əldən verən Günay qələbədən məhrum olub – 7:8. Qurbanova sabah bürünc medal uğrunda güləşəcək. Вернуться назад |