Главная > Fərdi > Avropa çempionu antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilib

Avropa çempionu antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilib


19-08-2025, 21:00. Разместил: Rss Bot Report

Ukraynalı atlet, Avropa çempionu Marina Bex-Romançuk dopinqə görə 4 il müddətinə diskvalifikasiya edilib.

"Sizinxeber.az" xəbər verir ki, onun dopinq nümunəsində qadağan olunmuş maddə (testosteron) aşkarlanıb.

Onun dörd illik qadağası bu ilin 13 may tarixindən hesablanır. 30 yaşlı idmançının 2024-cü il dekabrın 7-dən bu yana qazandığı bütün nəticələr ləğv edilib.

Qeyd edək ki, 29 yaşlı idmançı 2021-ci ildə qapalı məkanda keçirilən Avropa çempionatının qalibi olub.


Вернуться назад