Главная > Fərdi > “Azərbaycan Şahmat Turu” layihəsinin ilk 6 yarışında 1553 iştirakçı mübarizə aparıb
“Azərbaycan Şahmat Turu” layihəsinin ilk 6 yarışında 1553 iştirakçı mübarizə aparıb14-08-2025, 15:00. Разместил: Rss Bot Report |
|
İlk dəfə keçirilən “Azərbaycan Şahmat Turu” (Chess Tour Azerbaijan) layihəsinin ilk 6 yarışında 1553 (onlardan 300-ü qadın) iştirakçı mübarizə aparıb. Bu barədə "Report" Azərbaycan Şahmat Federasiyasından məlumat verilib. Bildirilib ki, yaz-yay mövsümündə nəzərdə tutulan “open” yarışları yekunlaşıb. Qatılanlar arasında 26 GM, 37 IM, 2 WIM, 35 FM, 6 WFM, 14 CM, 12 WCM titullu şahmatçılar var. Bütün bu sayı 20 fərqli federasiyadan 971 fərqli adda şahmatçı təşkil edib. “Chess Tour Azerbaijan” layihəsinin yekunlaşan turnirlərində nəticələrə əsasən əsas ulduz Xaqan Əhməd olub. 5 yarışdan 3-də qalib olan Xaqan Şəkidən Qubayadək reytinqini 56 vahid artırmaqla 2449-a çatdırıb. Beynəlxalq usta (IM) Xəzər Babazadə “Baku Open”də uğurlu çıxışının təsadüfi olmadığını “Shamakhi Open”in qalibi olmaqla təsdiq edib. Ardınca Xəzər Türkiyə 1-ci liqasında uğulu çıxış edərək 2500-lük reytinq səddini aşmağı da bacarıb. Ukrayna təmsilçisi GM Vitaliy Bernadski iştirak etdiyi 5 yarışdan 3-də 2-ci, 1-də isə 4-cü olmaqla layihənin yaddaqalan simalarından birinə çevrilib. 4 şahmatçı seriyada bu günədək keçirilən 6 yarışın hamısında iştirak edib. Bunlar - IM Vüqar Manafov, CM Tunar Davudov, Ələkbər İsmayılov və Sadəgül Əfəndidir. 9 şahmatçı 5 yarışda, 53 şahmatçı 4 yarışda, 102 şahmatçı 3 yarışda, 167 şahmatçı 2 yarışda iştirak etdi. GM Əhməd Əhmədzadə və GM Məhəmməd Muradlının cəsarətli iştirakları, Əhmədin “Vüqar Həşimov Open”in qalibi olması da qeydə olunmalı faktlar sırasındadır. Yarışlar üzrə iştirakçı sayı aşağıdakı kimidir: Noyabr ayında Şirvan və Gəncə şəhərlərində seriyanın növbəti (sonuncu) 2 turniri keçiriləcək. Вернуться назад |