Главная > Fərdi > Azərbaycanın gənc qızlardan ibarət cüdo millisi Çexiyada təlim-məşq düşərgəsinə qatılıb
Azərbaycanın gənc qızlardan ibarət cüdo millisi Çexiyada təlim-məşq düşərgəsinə qatılıb8-07-2025, 10:00. Разместил: Rss Bot Report |
|
Azərbaycanın gənc qızlardan ibarət cüdo millisi Çexiyanın Nimburk şəhərində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb. Bu barədə "Report"a Cüdo Federasiyasından məlumat verilib. Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan toplanışda cüdoçularımıza qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və gənc qızlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edir. Üç gün davam edəcək təlim-məşq toplanışı gənclər arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyır. Вернуться назад |