Главная > Fərdi > Azərbaycanın sərbəst güləş millisinin böyük məşqçisi: "İdmançılarımızın səhvləri oldu"

Azərbaycanın sərbəst güləş millisinin böyük məşqçisi: "İdmançılarımızın səhvləri oldu"


7-07-2025, 23:00. Разместил: Rss Bot Report

Güləşçilərimiz Avropa çempionatında ikinci oldular. Nəticə daha yaxşı ola bilərdi.

"Sizinxeber.az" xəbər verir ki, bunu İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında iştirak edən Azərbaycanın sərbəst güləş millisinin böyük məşqçisi Arif Abdullayev deyib.

O bildirib ki, idmançıların səhvləri olub:

"Bu səhvlərin üzərində işləyəcəyik. Qarşıda bizi dünya çempionatı gözləyir. Düşünürəm ki, idmançılarımız bu yarışa qədər səhvlərini düzəldəcəklər".

Qeyd edək ki, Azərbaycanın sərbəst güləş yığması Avropa çempionatında 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.


Вернуться назад