Главная > Fərdi > Azərbaycanın Avropa çempionu olan güləşçisi: Qızıl medallar qazanmaqda davam edəcəyəm
Azərbaycanın Avropa çempionu olan güləşçisi: Qızıl medallar qazanmaqda davam edəcəyəm27-06-2025, 21:30. Разместил: Rss Bot Report |
|
Qızıl medallar qazanmaqda davam edəcəyəm. “Report” xəbər verir ki, bunu İtaliyanın Kaorle şəhərində keçirilən U-15 qitə birinciliyində Avropa çempionu olan Azərbaycanın sərbəst millisinin güləşçisi Hüseyn Rzazadə (41 kq) jurnalistlərə açıqlamasında deyib. O, qeyd edib ki, yarışa xüsusi hazırlaşıb: “İlk öncə fiziki-təlim məşq toplantısında iştirak etdik. On gün Xaçmaz şəhərində təlim-məşq toplantımız oldu. Sonra Mərdəkanda bir neçə günlük təlim-məşq toplantımız oldu. Mən uzun müddətdir intensiz məşqlər edirəm. Avropa çempionatına xüsusi hazırlaşmışdım. Avropa çempionatında qələbə mənimçün çox vacib idi. Toplantılardan sonra İtaliyanın Kaorle şəhərində keçirilən U-15 Avropa çempionatında iştirak etdik”. Вернуться назад |