Главная > Fərdi > “Sheki Open” beynəlxalq şahmat festivalı başa çatıb, qalib bəlli olub
“Sheki Open” beynəlxalq şahmat festivalı başa çatıb, qalib bəlli olub25-06-2025, 17:30. Разместил: Rss Bot Report |
|
Şəkidə “Sheki Open” beynəlxalq şahmat festivalı sona çatıb. "Report"un məlumatına görə, A qrupunda 9 turda hamıdan çox - 8 xal toplayan Azərbaycan şahmatçısı Xaqan Əhməd qalib olub. 7 xal toplayan Ukrayna şahmatçısı Vasili Bernardski turniri ikinci pillədə başa vurub. Azərbaycanın digər şahmatçısı Vüqar Manafov 6,5 xalla üçüncü yerdə qərarlaşıb. B qrupunda təmsilçimiz Teymur Soltanov 8 xalla turnirin qalibi adını qazanıb. Yusif Kərimli ilə Hüseyn Qurbanov müvafiq olaraq 2-3-cü yerləri tutublar. Qeyd edək ki, “Sheki Open" Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən "Chess Tour Azerbaijan"ın bir mərhələsidir. İyunun 27-də layihənin növbəti yarışı - “Shamaxhi Open” turniri start götürəcək. Вернуться назад |