Главная > Fərdi > Azərbaycanın karate millisi Dünya Kuboku və beynəlxalq yay düşərgəsinə qatılacaq
Azərbaycanın karate millisi Dünya Kuboku və beynəlxalq yay düşərgəsinə qatılacaq21-06-2025, 13:00. Разместил: Rss Bot Report |
|
Azərbaycanın karate millisi "KWU- SENSHI" (Dünya Kyokuşin Birliyi) üzrə Dünya Kuboku və beynəlxalq yay düşərgəsinə qatılacaq. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasının (AKF) mətbuat xidməti məlumat yayıb. AKF-nin nəzdində fəaliyyət göstərən "KWU-WFKF" üzrə milli iyulun 6-dan 13-dək Bolqarıstanın Varna şəhərində keçiriləcək Dünya Kubokunda və 19-cu beynəlxalq yay təlim-məşq toplanışında iştirak edəcək. Yığma bu mötəbər beynəlxalq tədbirə baş məşqçi Vidadi Xəlilovun rəhbərliyi altında hazırlaşır. Вернуться назад |