Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 3 qızıl medal qazanıblar » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
in
2025
11:00

Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 3 qızıl medal qazanıblar

09 in, 2025
11:00
831

Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 3 qızıl medal qazanıblar

Azərbaycanın yeniyetmə badmintonçuları Venesuelada keçirilən beynəlxalq turnirdə 3 kateqoriya üzrə qızıl medal qazanıb.

Azərbaycan Badminton Federasiyasından "Report"a verilən məlumata görə, oğlanların şəxsi yarışında mübarizəyə 1/8 finaldan başlayan Ülvi Hüseynov bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını əldə edib.

Eyni kateqoriya üzrə qızların şəxsi yarışında Leyla Camalzadə də turnirin qalibi olub.

Yeniyetmə badmintonçularımız daha bir qızıl medalı qarışıq qoşa kateqoriyasında qazanıblar. Ülvi Hüseynov – Leyla Camalzadə tandemi müvafiq kateqoriya üzrə yarışı ilk sırada başa vurub.

Bizimlə əlaqə saxlayın