Firdovsi Umudov "Kürmük" klubunun təlim-məşq mərkəzində olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
in
2025
17:00

Firdovsi Umudov "Kürmük" klubunun təlim-məşq mərkəzində olub

06 in, 2025
17:00
909

Firdovsi Umudov "Kürmük" klubunun təlim-məşq mərkəzində olub

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov Qax rayonunda fəaliyyət göstərən "Kürmük" klubunun təlim-məşq mərkəzində olub.

"Report"un AAF-ın mətbuat xidmətinə istinadən məlumatına görə, klubun məşqçi müəllimləri İlkin Əfəndiyev və Ruslan Babaşov buradakı mövcud şəraitlə bağlı qurum rəhbərinə məlumat veriblər.

Bildirilib ki, 2022-ci ildən istifadəyə verilən zalda 40-a yaxın yeniyetmə ağırlıqqaldırma idman növü ilə məşğul olur.

F.Umudov bölgələrdə böyük idmançı potensialının olduğunu və bu imkanlardan maksimum yararlanmağın vacibliyini diqqətə çatdırıb.

Qeyd edək ki, AAF vitse-prezidentinin yaxın günlərdə digər bölgələrə səfəri də nəzərdə tutulub.

Bizimlə əlaqə saxlayın