Milli Paralimpiya Komitəsi və Azərbaycan Karate Federasiyası arasında memorandum imzalanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
in
2025
17:00

Milli Paralimpiya Komitəsi və Azərbaycan Karate Federasiyası arasında memorandum imzalanıb

05 in, 2025
17:00
989

Milli Paralimpiya Komitəsi və Azərbaycan Karate Federasiyası arasında memorandum imzalanıb

Milli Paralimpiya Komitəsi (MPK) və Azərbaycan Karate Federasiyası (AKF) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Bu barədə "Report"a MPK-nın mətbuat xidmətindən məlumat verilib.

Milli Paralimpiya Komitəsində keçirilən tədbirdə memorandumu Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov və Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadov imzalayıblar.

Memorandum parakarate idman növündə əlilliyi olan şəxslərin idman fəaliyyətinin dəstəklənməsi, bacarıqlarının artırılması və onların müvafiq istiqamətdəki digər ehtiyaclarının müəyyən edilərək dəstəklənməsi üçün birgə addımların atılması və parakaratenin təbliği istiqamətində münasibətlərini əhatə edir.

Görüşdə Milli Paralimpiya Komitəsinin İdman şöbəsinin müdiri Cavad Axundzadə və Azərbaycan Karate Federasiyasının Parakarate Komitəsinin sədri Rənad Əliyev də iştirak edib.

Bizimlə əlaqə saxlayın