05
in
2025
16:30

yuxarı
Bakıda keçiriləcək "Formula 1" yarışı üçün 7000-dən çox könüllü müsahibə mərhələsində iştirak edib

Bakıda keçiriləcək "Formula 1" yarışı üçün 7000-dən çox könüllü müsahibə mərhələsində iştirak edib
Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün könüllülərin müsahibə mərhələsi davam edir.
"Report"un məlumatına görə, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin işçi qüvvəsi üzrə mütəxəssisi Əli Xəlilov jurnalistlərə açıqlamasında hazırda 7000-dən çox insanın bu mərhələdən keçdiyini bildirib.
Onun sözlərinə görə, ümumilikdə 31 mindən çox müraciət qeydə alınıb:
"Bu, Bakıda keçirilən turnirlər arasında rekord göstəricidir. Turnir üçün cəmi 2000 könüllü seçiləcək".
Qeyd edək ki, Azərbaycan Qran-prisi 19-21 sentyabr aralığında keçiriləcək.
Foto: Məhəmməd Ağayev