Azərbaycanın cüdo millisi hazırlığın son mərhələsini Bakıda davam etdirir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
in
2025
11:30

Azərbaycanın cüdo millisi hazırlığın son mərhələsini Bakıda davam etdirir

03 in, 2025
11:30
715

Azərbaycanın cüdo millisi hazırlığın son mərhələsini Bakıda davam etdirir

Azərbaycanın kişilərdən ibarət cüdo yığması dünya çempionatına hazırlığın son mərhələsini Bakıda davam etdirir.

Bu barədə "Sizinxeber.az"a Cüdo Federasiyasından məlumat verilib.

İdmançılar Milli Komandaların Təlim-Məşq Mərkəzində gün ərzində iki dəfə olmaqla intensiv məşqlərə cəlb ediliblər. Məşqlərin birinci hissəsi fiziki, ikinci mərhələsi isə texniki-taktiki hazırlıqdan ibarətdir.

Toplanışa performans direktoru, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç rəhbərlik edir.

Qeyd edək ki, cüdo üzrə böyüklər arasında dünya çempionatı 13–20 iyun tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. Azərbaycanı bu mötəbər turnirdə 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edəcək. Yığma, həmçinin qarışıq komanda yarışında da qüvvəsini sınayacaq.

Bizimlə əlaqə saxlayın